ABŞ “greencard”la bağlı qaydaları sərtləşdirir

Ağ ev “greencard”ların (daimi viza) verilməsini mürəkkəbləşdirən yeni qayda tətbiq edəcək.
Reuters xəbər verir ki, gəlirləri standartlara uyğun olmayan iddiaçılara daimi viza verilməyəcək.
Yeni qayda oktyabrın 15-də qüvvəyə minəcək. Yaşadığı ölkədə aşağı gəliri və sosial təminata ehtiyacı olan şəxslərə daimi və müvəqqəti viza verilməyəcək.
Yeni qayda miqrantların ABŞ-da leqallaşmasına əngəl törədəcək.
Ekspertlərin fikrincə, yeni qayda Tramp adminisrasiyasının ən radikal qərarlarından biri olacaq.