Sənaye

“AVTOOİL” şirkətinin nizamnamə kapitalı  20 min dəfə azaldı

“AVTOOİL” şirkəti nizamnamə kapitalının  20 min dəfə azalaraq 10 manata düşdüyünü elan edib. Azalmanın səbəbi olaraq "əmlakın müsadirəsi yolu" göstərilib. Beləliklə, "10 manatlıq" şirkətlərdən biri də artıb.

“Şirkət nizamnamə kapitalının 199,99 min manatdan 10 manatadək azalmasına dair qərar qəbul edib”, - deyə şirkətin elanında deyilir.

Şirkət nizamnamə kapitalının azaldılmasına dair qərarın səbəblərini açıqlamır.

“AVTOOİL” MMC 2008-ci ilin sentyabr ayından etibarən Azərbaycanda “Eni” sürtkü materialları istehsalçısının rəsmi tərəfdaşıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)