ENA+

İsveçdə dilənmək üçün lisenziya tələb olunur

Bu qayda ölkənin bütün ərazisində deyil, İsveç krallığının mərkəzində yerləşir və təxminən 70 min əhalisi olan Eskilstuna şəhərində qüvvədədir. Yeni sxem Eskilstuna şəhər şurası tərəfindən 2018-ci ilin iyununda qəbul edilib.

Hazırda dilənçilər üçün lisenziya haqqının məbləği 250 İsveç kronudur ki, bu da 44 manatdan çoxdur. Lisenziyanın qüvvədə qalmaq müddəti 3 aydır – bu müddət bitəndən sonra lisenziya yenilənməlidir.

Dilənmək arzusunda olanlar lisenziya almaq üçün xüsusi internet saytına müraciət edirlər və sənədləşməni internet üzərindən aparırlar. Lisenziya almayan dilənçilərə isə 4 min İsveç kronu (təxminən 710 manat) məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)