Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb
Çin ABŞ-dan kənd təsərrüfatı məhsulların idxalını müvəqqəti dayandırıb və bu məhsullara rüsum artımını da nəzərdən keçirir.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi qərarı rəsmi Vaşinqtonun Çindən 300 milyard dollarlıq idxal mallarına 10% rüsum tətbiq etməsi ilə bağlı bəyanatına cavab olaraq qəbul edib.
“Dövlət Şurasının Tariflər Komitəsi avqustun 3-dən sonra alınan ABŞ kənd təsərrüfatı məhsullarının tədarükünə idxal rüsumunun artırılmasını istisna etmir. Çin müəssisələri artıq ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını dayandırıblar "deyə, Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilib.