Sosial iqtisadiyyat

Azərbaycanda dövlət qurumlarına “Microsoft” lisenziyaları paylanır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC dövlət orqanlarına "Microsoft" lisenziyalarının paylanılmasına başlayıb. 

ENA.az bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, lisenziyalar ödənişsiz verilir. Bu məsələ nazirliyin ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində mümkün olub.

Artəq 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” lisenziyaları təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və ayın sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.

Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department