Türkiyəli aktrisa Azərbaycanın çərəz markasının siması olacaq - 3 MİLYONLUQ TƏKLİF
Türkiyəli aktrisa Hilal Altınbilek Azərbaycandan reklam təklifi alıb. Gözəl oyunçuya bu razılaşma qarşılığında 3 milyon lirə təklif edilib.
ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ATV-də yayımlanan "Bir Zamanlar Çukurova" serialının Züleyhası Hilal Altınbilek-ə Azərbaycandan reklam təklifi olub. Azərbaycanın məşhur çərəz markalarından biri, Altınbilekdən yaxında Türkiyədə bazara çıxaracaqları məhsulun reklam üzü (siması) olmasını istəyib.
Təklifi qəbul edən oyunçu, yaxında reklam filminin çəkilişləri üçün Bakıya gələcək. Aktrisanın bu əməkdaşlıq üçün markadan 3 milyon lirə (təxminən 900 min manat) alacağı danışılır.