Bank

“Muğan Bank” nizamnamə kapitalını artırır

“Muğan Bank” ASC nizamnamə kapitalını 5 milyon manat və yaxud 5,3% artıraraq 95 milyon manatdan 100 milyon manata çatdıracaq.

ENA.az xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kapital artımı ilə bağlı qərar “Muğan Bank”ın səhmdarlarının iyulun 23-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd adi, sənədsiz, adlı səhm dövriyyəyə buraxılacaq. Səhm emissiyasının dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)