Dollar bahalaşdı: avro düşür
Federal Ehtiyat Sisteminin iqtisadiyyata maliyyə dəstəyini davam etdiriləcəyi ilə bağlı verdiyi açıqlamalar dolları bahalaşdırdı. FES sədri Jerom Povel uçot faiz dəhlizini 0,25% azaltma qərarından sonra bu addımın ABŞ iqtisadiyyatına dəstək olacağını bildirib. Bununla yanaşı, faizlərin azaldılması qlobal risklərin ABŞ iqtisadiyyatına təsirləri fonunda ehtiyat addımdır.
FES əlavə faiz azaldılması haqqında da işarələr verib: "Məqsəd ABŞ iqtisadiyyatının on ildir davam edən inkişafını qorumaq üçün uyğun davranmaqdır", deyə Povel bildirib. İstiqraz alışı proqramının azaldılması da avqust ayında dayandırılacaqdır. Bundan öncə bu, oktyabr ayına planlaşdırılmışdır.
Povel dünənki faiz qərarının azaldılmanın uzun seriyasının yeganə və son tədbiri olmadığını da əlavə edib. Qeyd etmək lazımdır ki, növbəti faiz qərarı sentyabrda olacaqdır.
EUR/USD və GBP/USD məzənnələri də son iki ilin minimum səviyyələrini yeniləyiblər. 1.10$-a ticarət edilən avronun 1.09, 1.21$-a ticarət edilən funt isə 1.20$-a kimi ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə mərkəzi bankının faiz qərarı və saat 18:00-da Amerikanın sənaye sektoru ilə bağlı yayımlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.