6 sığorta şirkətində tənəzzül - SİYAHI
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatdan məlum olur.
Hesabata əsasən, ötən 9 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 395 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 25 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Atəşgah Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 9 ayda 28,577 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,6% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 709 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 34,1% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 6,1% azalaraq 15,686 milyon manata düşüb.
Ötən ilin 9 ayı ilə müqayisədə yığımlar “İpək Yolu Sığorta”da 6%,“Qala Həyat” Sığortada 13%, “AXA MBASK” Sığortada 16%, “Günay Sığorta”da 26%, “AZSIĞORTA”da 27%, “Bakı Sığorta”da 34,1% azalıb.
10 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 11-nin ödənişləri azalıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,39 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən 9 ayda 5,695 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Amrah Sığorta" ASC-dədir. Bu şirkət 9 ay ərzində 51 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 11,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 67,4% azalaraq 12,558 milyon manata düşüb.
Sığorta haqqı yığımlarının illik dinamikası renkinqi (yanvar-sentyabr, 2018)
Sığorta şirkəti Dinamika
1.“Amrah Sığorta” 25,02 dəfə artım
2."Naxçıvansığorta" 2,89 dəfə artım
3.“Rəvan Sığorta” 2,77 dəfə artım
4.“Paşa Həyat Sığorta” 86%
5.“AtaSığorta” 72%
6."AzərSığorta" DŞ 68%
7.“Atəşgah Həyat” Sığorta 60%
8.“Qala Sığorta” 54%
9.“Meqa Sığorta” 54%
10.“A-Qroup Sığorta Şirkəti” 38%
11.“Paşa Sığorta” 16%
12.“Azərbaycan Sənaye Sığorta” 15%
13.“Xalq Sığorta” 8%
14.“Standard Insurance” 4%
15.“Atəşgah” Sığorta 3%
16.“İpək Yolu Sığorta” -6%
17.“Qala Həyat” Sığorta -13%
18.“AXA MBASK” Sığorta -16%
19.“Günay Sığorta” -26%
20.“AZSIĞORTA” -27%
21.“Bakı Sığorta”-34%
Sığorta ödənişlərinin illik dinamikası renkinqi (yanvar-sentyabr, 2018)
1 |
“Qala Sığorta” ASC |
6,95 dəfə artım |
2 |
“Günay Sığorta” ASC |
3,47 dəfə artım |
3 |
“AtaSığorta” ASC |
2,12 dəfə artım |
4 |
“Paşa Həyat Sığorta” ASC |
54,09%% |
5 |
“Atəşgah” Sığorta Şirkəti ASC |
26,25% |
6 |
Dövlət Sığorta Kommersiya Şirkəti |
19,35% |
7 |
“Meqa Sığorta” ASC |
11,88% |
8 |
“Paşa Sığorta” ASC |
5,66% |
9 |
“A-Qroup Sığorta Şirkəti” ASC |
0,17% |
10 |
“AZSIĞORTA” ASC |
0,62% |
11 |
“Amrah Sığorta” ASC |
-12,06% |
12 |
“Qala Həyat” Sığorta Şirkəti ASC |
-21,30% |
13 |
“AXA MBASK” Sığorta Şirkəti ASC |
-23,96% |
14 |
“Xalq Sığorta” ASC |
-24,95% |
15 |
“Bakı Sığorta” ASC |
-26,76% |
16 |
“Azərbaycan Sənaye Sığorta” ASC |
-34,48% |
17 |
“Standard Insurance” ASC |
-1,75 dəfə azalma |
18 |
“Rəvan Sığorta” ASC |
-1,80 dəfə azalma |
19 |
“İpək Yolu Sığorta” ASC |
-1,89 dəfə azalma |
20 |
"Naxçıvansığorta" ASC |
-2,42 dəfə azalma |
21 |
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC |
-3,07 dəfə azalma |
|
Yekun |
-0,88% |