ENA+

3 ölkə Suveyş kanalına alternativ yaradır

 Rusiya, Hindistan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsini müzakirə etmək üçün noyabrda görüş keçirəcək.

” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Bildirilir ki, uzunluğu 7,2 min km təşkil edəcək yeni nəqliyyat dəhlizi Suveyş kanalına daha ucuz və qısa alternativ olacaq.

Yeni layihəyə həm dəmir yolu, həm də su nəqliyyatı cəlb olunacaq. Mallar Hindistandan İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərinə, oradan Xəzər sahilindəki Bəndər-Ənzəliyə, oradan dənizlə Həştərxana, daha sonra isə dəmir yolu ilə Avropaya göndəriləcək.

Bu nəqliyyat dəhlizinin yük daşınmalarını 30-40 faiz azaldacağı ehtimal edilir.

Bundan əvvəl Azərbaycan və Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində əməkdaşlıq müzakirə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)