MALİYYƏ

Azərbaycanda yeni yemiş sortları əldə olunub

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixanalarında aparılan elmi tədqiqatlar nəticəsində yeni yemiş sortları əldə olunub.

İnstitutdan bildiriblər ki, yemiş bitkisinin yeni yaradılmış 5 sort və 1 F1 hibridinin meyvələrinin dequstasiyası keçirilib.

Keçirilmiş tədbirdə yeni sortların dad keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, həmçinin institutun alim və mütəxəssisləri, gənc elmi işçiləri iştirak edib.

İştirakçılar tərəfindən meyvələr dequstasiya olunaraq dad keyfiyyəti qiymətləndirilib.

Qiymtləndirmə nəticəsində yemişin yeni yaradılmış hər bir sort nümunəsi 5 bal sisteminə uyğun olaraq müxtəlif əlamətlər üzrə fərqləndirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)