Gürcüstanda dollar bahalaşmaqda davam edir

Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına münasibətdə dəyərdən düşməsi davam edir.
ENA.az xəbər verir ki xəbər verir ki, Gürcüstan Milli Bankının iyulun 27-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9321 təşkil edir.
Bugünkü rəsmi məzənnə ilə müqayisədə dolların qiyməti 0,0150 lari artıb.
Avronun dəyərində də bahalaşma qeydə alınıb. Sabahkı məzənnəyə əsasən, 1 avro 0,0141 lari bahalaşaraq 3,2637 lari təşkil edib.