"Apple" "İntel"dən 1 milyard dollara şirkət aldı
"Apple" "İntel"in ağıllı telefon modemləri istehsal edən obyektini satın aldı
ABŞ-ıntexnologiya şirkəti "Apple", mikro çip istehsalçısı"İntel"in ağıllı telefon modemləri istehsal edən obyektini (şirkətini) 1 milyard dollara satın alıb.
"ENA" "İntel"dən verilən açıqlamaya istinadən xəbər verir ki, "İntel"in ağıllı telefon modemləri istehsal edən şirkətinin əksər səhmlərinin 1 milyard dollara "Apple"a təhvil verilməsi üçün razılığa gəlinib.
Açıqlamada, müqavilənin ardından "İntel" sözügedən obyektinə aid infrastruktur və avadanlıq ilə bərabər, əqli və sənaye mülkiyyət haqlarını "Apple"a təhvil veriləcəyi qeyd edilib.
2 min 200 "İntel" əməkdaşı "Apple"a keçəcək
2019-cu ilin son rübündə başa çatdırılması nəzərdə tutulan birləşmədən sonra "İntel"in ağıllı telefon modemləri istehsal edən şirkətində çalışan 2 min 200 əməkdaş "Apple"a keçəcək.
"Apple"ın razılaşma ilə simsiz internet üçün istifadə edilən və gələcəkdə istifadə üçün kəşf edilmiş 17 min patentin sahib olacaq.
"İntel" ağıllı telefonlar xaric, fərdi kompüterlər və sürücüsüz avtomobillər üçün modem istehsal etməyi davam etdirəcək.