Beynəlxalq Bank mühafizəçi axtarır - VAKANSİYA
“ABB” ASC Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə mühafizəçi vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi;
Yanğın mühafizə sistemlərinə nəzarət;
Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
Bankın inzibati binasının mühafizəsinin təşkili
Vakant vəzifə üzrə tələblər:
Minimum orta ixtisas təhsil;
Mühafizə sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);
Hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir
Davranış səriştələri:
Ünsiyyət bacarığı;
Detallara diqqət;
Məsuliyyətli və intizamlı;
Komanda işi
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 İyul 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az