Avtomobil

Çin şirkəti "Mercedes-Benz"in 5 faizini aldı

Çinin avtomobil şirkəti "Beijing Automotive Industry Holding Co." (BAIC) Almaniyanın avtomobil istehsalçısı "Daimler AG" şirkətinin 5%-ini satın alıb.

"Marja" BAİC tərəfindən çərşənbə axşamı günü verilən açıqlamaya istinadən xəbər verir ki, BAIC-in İdarə Heyətinin sədri Xu Heyi, sözügedən investisiya ilə "Mercedes-Benz"in istehsalçısı "Daimler" ilə əməkdaşlığını gücləndirmək məqsədi güddüyünü bildirib.

"Daimler"in Çinli istehsalçının Honq Konqdakı şirkəti "BAIC Motor"da 2013-cü ildən bu yana payı var.

Xu açıqlamasında, "Tərəfdaşlığımızı Çin - Almaniya iş birliyinin gözəl bir nümunəsi və ölkələrimizin şirkətləri arasında əməkdaşlığın modeli kimi görürük",- deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)