Vakansiyalar

Ramco LLC işçi axtarır - VAKANSİYA

Vəzifə: İnşaat mühəndisi (təcrübəsiz)

Ramco QSC inşaat mühəndisliyi üzrə ixtisasını son illərdə bitirmiş, həqiqi hərbi xidmətini başa çatdırmış namizədlər üçün yeni vakansiyaları açıq elan edir

Vəzifə funksiyaları:

• Mülki, sənaye və infrastruktur obyektlərinin layihələndirilməsində iştirak etmək;
• İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanmasında köməklik;
• Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
• Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
• Əsas iş yeri ofisdə olmaqla lazım olduqda tikinti sahəsinə ezamiyyətlərə getmək;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi, müvafiq hesabatların hazırlanması;

Tələblər:

• İnşaat sahəsində Ali Təhsil;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; • Ofis proqramlarını və AutoCad - dan yüksək səviyyədə istifadə etmək bacarığı;
• Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcəkdir

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00-16:00

İş yeri Xırdalan dairəsində yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İnşaat mühəndisi (təcrübəsiz)” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department