Sığorta

“Azsığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib

“Azsığorta” ASC-nin Direktorlar Şurası (DŞ) üzvlərindən biri vəzifəsini tərk edib.

ENA.az xəbər verir ki, Sığorta Şirkətinin DŞ üzvü olan Ziya Talıbov vəzifəsini tərk edib və onun yerinə hələki təyinat olmayıb. Z.Talıbov bu vəzifəyə 2016-ci ildən təyin olunmuşdur ki, həmin zaman, DŞ sədri də təyin olunmuşdu.

Hazırda “Azsığorta” ASC-nin hazırda DŞ üzvlərinin ümumi sayı 2 nəfər təşkil edir.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 20,3 mln. manat olmaqla səhmlərinə yeganə fiziki şəxs olan Hikmət İsmayılov sahibdir. Hikmət İsmayılov həmçinin AFB Bank-ın əsas səhmdarıdır (2019-cu ilin ilk rübünə qədər hər maliyyə qurumunun səhmdarı Gilan Holding idi).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)