BİZNES

Son yeddi ildə ilk dəfə üçüncü oldu

Bu yaxınlarda “Amazon”un rəhbəri Cef Bezos həyat yoldaşından ayrılmasına baxmayaraq, o yenə də planetin ən varlı insanı statustunu qoruyub.

ENA.az-ın məlumatına görə, “Bloomberg” nəşri yazır ki, “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts reytinqin tarixində yeddi ildə ilk dəfə milyarderlər indeksində üçüncü yerə enib.

Onun yerini Fransadan olan biznesmen, “lüks kralı”, Notr-Damın restavrasiyası ilə əlaqdar yaranan qalmaqalın fiqurantı Bernar Arno tutub. O, Notr-Damın bərpası üçün 200 milyon dollar ödəyəcəyini vəd etmişdi, amma Parisin müqəddəs kilsəsinin bərpası üçün o bir sent belə ödəmədi.

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts “Bloomberg Billionaires Index”ində (BBI) üçüncü yerdə qərarlaşıb. Bu, reytinqin yeddi illik tarixində ilk dəfədir ki, baş verib. Onu reytinqdə LVMH-un rəhbəri Bernar Arno qabaqlayıb. Onun sərvətinin həcmi 108 milyard dollar qiymətləndirilib. Bill Qeytsin aktivləri isə 107 milyard dollar qiymətləndirilir.

Reytinqin birinci pilləsində isə ötən ilki lider “Amazon”un rəhbəri Cef Bezos tutur. Onun gəlirlərinin həcmi 125 milyard dollardır.

Xatırlatmaq yerinə düşər ki, BBI reytinqinə ümumilikdə dünyadan 500 nəfər varlı düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)