Rəsmi

ARDNF-in gəlirləri və xərcləri təsdiqlənib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. 

"ENA"nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Gəlirlər, cəmi Xərclər, cəmi 11 455 597,5
  o cümlədən:  
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət
və məskunlaşma məsələləri ilə bağlı bəzi
tədbirlərin maliyyələşdirilməsi
199 979,3
2. Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsinə transfert
10 959 000,0
3. Samur–Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsinin maliyyələşdirilməsi
89 999,2
4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin
maliyyələşdirilməsi
176 128,0
5. 2007–2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının
maliyyələşdirilməsi
7 235,7
6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun
idarə edilməsi ilə bağlı xərclər
23 255,3
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department