Sosial iqtisadiyyat

Eldar Mansurovun oğlu “Azergold”a - TƏYİNAT ALIB

“Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

 ENA.az xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur (daha bir oğlu Ülvi Mansurov da bank sahəsində çalışır). Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura “Azericard” MMC, ABB və “Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)