ABŞ Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı sanksiya tətbiq olunması məsələsini yenə də nəzərdən keçirir, lakin hələ qərar qəbul olunmayıb.
“ENA” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib.
"Biz bunu (Türkiyəyə qarşı sanksiyaları - red.) nəzərdən keçiririk", - deyə Tramp söyləyib və bu barədə qərarın olmadığını əlavə edib.
Bir müddət əvvəl analoji suala cavab verən ABŞ prezidenti ölkəsinin hazırda sanksiyaların nəzərdən keçirilmədiyini bildirmişdi.