Aqrar

Hər ay 23 milyon dollar valyuta gətirir

2018-ci ilin 1-ci yarısında Azərbaycandan 129 min 293 ton pomidor ixrac olunub.

"ENA" Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda pomidor ixracından 138 milyon 56 min dollar gəlir götürülüb. Pomidor ixracı ölkəmizə hər ay orta hesabla 23 milyon dollar valyuta gətirib.

Cari ilin 1-ci yarısında meyvə-tərəvəz ixracından əldə edilmiş gəlirin 43%-i pomidorun payına düşüb. Yanvar-iyun dövründə ölkəmizdən 318 milyon 370 min dollar dəyərində 325 min 60 ton meyvə tərəvəz ixrac edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)