ENA+

ABŞ şirkətləri ilə “Huawei” arasındakı ticarətin yenidən başlamasının müddəti açıqlandı

ABŞ rəsmiləri  növbəti iki-dörd həftə ərzində yerli şirkətlərə “Huawei” ilə ticarət etmək üçün lisenziyaları verməyə başlaya bilər.

Hal-hazırda ABŞ-da fəaliyyət göstərən şirkətlərə “Huawei” dən yalnız zəruri avadanlıqları almaq icazəsi verilib. Bu, yeni avadanlıqlara və ya şəbəkələrə aid deyil.

İyun ayında ABŞ prezidenti Donald Tramp, dövlətin milli təhlükəsizliyi üçün heç bir təhdid görmədiyi halda əməliyyatlara icazə verəcəyini söyləyib. ABŞ-ın Ticarət Nazirliyinin verdiyi məlumata görə, “Huawei” qara siyahıda yenə də qalacaq və onunla ticarət etmək üçün xüsusi lisenziyalar tələb olunur.

2018-ci ildə Çin şirkəti avadanlıqların və qadjetlərin komponentləri üçün 70 milyard dollar xərcləyib, onlardan 11 milyard dollar amerikan şirkətlərinə çatıb. Bu şirkətlərə “Intel”, “Qualcomm” və “Micron Technology”.

Xatırladaq ki, Donald Tramp “Huawei” şirkətini cari ilin may ayında qara siyahıya daxil edib. Bunun səbəbi şirkətin şpion avadanlıq istehsal etməsi olmuşdur. ÇXR və ABŞ liderlərinin görüşündən sonra prezident məhdudiyyətləri yumşaltmaq qərarına gəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)