“Azercell” bəzi tarif paketlərində hesablama intervalını artırıb
"Azercell Telecom" MMC bəzi tarif paketlərində hesablama intervalını 15-30 saniyədən 60 saniyəyə çatdırıb.
ENA.az xəbər verir ki, bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.
Söhbət fakturalı xətt sistemində mövcud olan “Hər Yerə”, “Dövlətcell”, “Hədsiz”, “Hədsiz zəng”, “Biznes 200”, “Standart”, “Bizimkilər”, eləcə də fakturasız xətt sistemində mövcüd olan “Hər yerə” və “Bizimkilər” taarif paketlərindən gedir.