İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin (investisiya şirkətlərinin) 2019-cu il yanvar-iyun ayları üzrə dövriyyələri açıqlanıb.
Birjadan daxil olmuş məlumata görə, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 4 milyard 549 milyon manat dövriyyə ilə 1-ci, "AzFinance İnvestisiya Şirkəti" QSC 1 milyard 671 milyon manat dövriyyə ilə 2-ci, "İnvest-Az İnvestisiya Şirkəti" QSC 1 milyard 410 milyon manat dövriyyə ilə 3-cü, "Unicapital İnvestisiya Şirkəti" ASC 1 milyard 79 milyon manat dövriyyə ilə 4-cü, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 1 milyard 70 milyon manat dövriyyə ilə 5-ci olub.
⃰ "İnvest-Az İnvestisiya Şirkəti" QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir