Pentaqon yaxın 100 il ərzində ABŞ-ın əsas rəqibinin adını çəkib
![](https://ena.az/uploads/news/2019-07/_ena_02849babdf889ee7e238c015b_o.jpg)
Çin yaxın 50-100 il ərzində ABŞ üçün əsas təhdid olacaq.
ENA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə general Mark Milli çıxış edib.
“Mənə elə gəlir ki, 2119-cu ildə bəzi tarixçilər yüz əvvəl bugünkü tarixə nəzər saldıqda əsas mövzu kimi ABŞ və Çin arasındakı əlaqələrdən bəhs edən kitablar üzərində işləyəcəklər”, - Milli belə deyib.
Bununla yanaşı general əlavə edib ki, Çin düşmən deyil, ABŞ-ın müharibə istəmədiyi bir fəal rəqibidir.