Azərbaycanda bu qurumun bütün tenderlərini - BİR ŞİRKƏT UDUB – SİYAHI
Ucar rayon Mərkəzi Xəstəxanasının 2018-ci ildə elan etdiyi bütün satınalmaların qalibi bir şirkət olub.
ENA.az xəbər verir ki, bu – ölkənin «tender çempionu» sayılan «İnpeks N» MMC şirkətidir. Qeyd edək ki, sözügedən şirkət indiyədək biinməyən səbəblərə görə, dövlət tenderlərini ən çox qazanan biznes strukturdur.
Dövlət qurumlarının böyük əksəriyyəti satınalmalarla bu şirkəti qalib elan edirlər. Ucar Mərkəzi Xəstəxanası da istisna olmayıb. FED.az xəbər verir ki, 2018-ci ildə xəstəxana müxtəliə məqsədlər üçün elan etdiyi 9 alış zamanı 471 min manat satınalma həyata keçirib və bütün tenderlərin qalibi «İnpeks N» MMC şirkəti olub.
1. İstilik enerjisi yanacaq haqqının ödənilməsi üzrə - 25488 AZN - 03.12.2018
2. Əsaslı təmir işləri – 14 741.27 AZN - 28.11.2018
3. Cari təmir işləri – 6 038.06 AZN - 28.11.2018
4. Dəftərxana və təsərrüfat malları – 78 949.98 AZN - 21.05.2018
5. Digər maşın və avadanlıqlar – 61 360 AZN - 21.05.2018
6. Avadanlıqlar – 100 930 AZN - 21.05.2018
7. Bərk inventarlar – 104 940 AZN - 21.05.2018
8. İdarənin digər xərcləri üzrə - 35 400 AZN - 28.03.2018
9. Yumşaq inventarlar – 43 000 AZN - 28.03.2018