“Azərmarka” ötən ili mənfəətlə başa vurub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC 2018-ci ili 16 370 manat mənfəətlə başa vurub.
ENA.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il “Azərmarka”nın gəlirləri 907 191 manat, o cümlədən əsas əməliyyat gəlirləri 896 511, sair əməliyyat gəlirləri isə 10 680 manat təşkil edib. Qurumun xərcləri isə 890 821 manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 698 967 manat, işçi heyəti üzrə xərcləri 154 610 manat, amortizasiya xərcləri 3 151 manat, digər əməliyyat xərcləri 29 053 manat, sair əməliyyat xərcləri isə 5 040 manat olub.