Qızıl və gümüş ucuzlaşdı (16.11.2026)

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.
ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.39% azalaraq 3.871 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 3.55% ucuzlaşaraq 47.37 ABŞ dolları təşkil edib.











