Polşa şirkətləri ixrac missiyası ilə Azərbaycana səfər edəcək
Noyabrın 5-dən 8-dək Polşa şirkətləri ixrac missiyası ilə Azərbaycanda səfərdə olacaqdır.
"Bİ" xəbər verir ki, Polşanın kosmetika, parfumeriya, ayaqqabı və stomatoloji məhsullar üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək, həmçinin Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı Ticarət Nümayəndəliyində “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edəcəkdir.
İxrac missiyasında Polşanın “Conhpol”, “Olident”, “Reve de Chantelle” və “Natural Aromas” şirkətləri öz təkliflərini azərbaycanlı tərəfdaşlarına təqdim edəcəklər.
Qeyd edək ki, ixrac missiyasının səfəri PİTA-nın Bakıdakı Ticarət Nümayəndəliyi və Malopolska Regional İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.