NBCO KredAqro işçi axtarır - VAKANSİYA
Lizinq Mütəxəssisi (Bakı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Lizinq Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
• Lizinq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.
İş şəraiti:
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Tələblərə cavab verən şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına
Subject/Mövzu hissəsində “Lizinq Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.