Milli Məclisdə 28 layihə müzakirə ediləcək
![](https://ena.az/uploads/news/2019-07/_ena_d8dbfa22bb6aba08cd5c2ad56_o.jpg)
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının iyulun 12-də keçiriləcək sonuncu plenar iclasının gündəliyi açıqlanıb.
ENA.az xəbər verir ki, toplantıda 28 layihə müzakirə ediləcək.
Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.