Tbilisidə ticarət mərkəzi təxliyyə olunur - BOMBA HƏYƏCANI
Gürcüstanın paytaxtı Tbilisidə Dadiani küçəsində yerləşən “Karvasla” ticarət mərkəzinin əməkdaşları və vətəndaşlar təxliyyə olunub.
ENA.az xəbər verir ki, mərkəzə partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.
Ticarət mərkəzinə istehkamçılar və polis əməkdaşları cəlb olunub.
Mərkəzdə partlayıcı qurğunun olması barədə məlumat hələ təsdiqini tapmasa da, təhlükəsizlik tədbirləri gücləndirilib.