Vakansiyalar

Rabitəbank aparıcı mütəxəssis axtarır - VAKANSİYA

Rabitəbank Baş ofis və Bakı şəhərində yerləşən filiallarının Əməliyyat bölməsinə Baş və Aparıcı mütəxəssis vəzifələri üzrə işə qəbul elan edir!


Vəzifə öhdəlikləri:

•        Ödəniş tapşırıqlarını bank sisteminə daxil edilməsi;
•        Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatların aparılması;
•        XÖNKS, AZİPS, SWIFT üzrə əməliyyatların bank sisteminə daxil edilməsi;
•        Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabların açılması;
•        Müştərilərin müraciətinə əsasən hesab üzrə aparılan əməliyyatlar haqqında məlumatın verilməsi və ya hesablar üzrə çıxarışları hazırlanıb və müştərilərə təqdim edilməsi;
•        Öz vəzifəsinə aid olan hesabatlar hazırlanması;
•        Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil edilməsi;
•        Kredit, KÖMİS və HÖP sistemləri üzrə ödənişlərinin qəbul edilməsi;
•        Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəncamların silinməsinin (sistemə daxil edilməsini) yoxlanması;
•        Sürətli Pul Köçürmələri sistemi üzrə xidmətin göstərilməsi.

Vəzifəyə olan tələblər:

•        Ali təhsil (maliyyə və iqtisadi təhsili olan namizədlərə üstünlük verilir);
•        Bankın əməliyyat sahəsində 18-36 ay iş təcrübəsinin olması;
•        MS Office proqramında peşəkar işləmə qabiliyyəti;
•        Azərbaycan və rus dillərində sərbəst danışma;
•        Yüksək kommunikasiya qurma bacarığı;
•        Kollektivdə işləmə bacarığı, gülərüz, müştərilərlə yüksək nəzakətlə davranma bacarığı;


Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi career@rabitabank.com mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)