Dövlət Duması: Rusiya turizm baxımından Gürcüstana alternativ olaraq Azərbaycana üz tutur
Rusiya turizm baxımından Gürcüstana alternativ olaraq Azərbaycana üz tutur.
ENA.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclər komitəsinin sədr müavini Sergey Krivonosov bildirib.
"Rusiyalı turistlər Gürcüstana alternativ olaraq Qafqazdakı başqa bölgələri, o cümlədən Azərbaycanı seçirlər. Hazırkı vəziyyət Rusiyadan çox Gürcüstana iqtisadi zərər gətirir", - S.Krivonosov deyib.
Komitə sədri həmçinin rusiyalı turistlərin Ermənistana da diqqəti artıra biləcəklərini iddia edib.