Avtomobil

Vergi güzəşti nəticəsində elektriklə işləyən avtomobillərə tələbat kəskin artıb

Elektriklə işləyən avtomobillərin istehsalına və satışına dünyada ciddi vergi güzəştləri tətbiq edilir və bu, yeni bir qlobal tendensiyanın yaranmasına təkan verir. 2019-cu ilin ilk altı ayının statistik nəticələrinə görə, Norveçdə iki avtomobildən biri elektriklə işləyir.

Yanvar-iyun aylarında Norveçdə satılmış avtomobillərin 48,4 faizi elektriklə işləyir ki, bu satış göstəricisi keçən illə müqayisədə 31,2 faizlik artım deməkdir. Benzinlə işləyən avtomobillərin satışı eyni dövr ərzində 30 faiz azalıb, hibrid maşınların satışı isə 20 faizdən 11 faizə enib. Beynəlxalq Vergi Agentliyinin açıqlamasında da elektriklə işləyən avtomobillərə marağın artdığı, 2018-ci ildə bu avtomobillərin dünya miqyasında satışında 68 faiz artım olduğu bildirilib. Məsələn, Çində keçən il elektriklə işləyən 1 milyon ədəd avtomobil satılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)