Rusiyadan Gürcüstana pul köçürmələri qadağan edilə bilər
Bu gün Dövlət Duması Şurasının iclasında Rusiyaya Gürcüstan şərabının və Gürcüstandan suların idxalına qadağa qoyulması məsələsi müzakirə olunacaq.
ENA.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Sergey Neverov "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə, Dövlət Duması həmçinin Rusiyadan Gürcüstana pul köçürmələrinə qadağa qoyulması məsələsini də təklif edəcək.
"Gürcüstanın ölkəmizə qarşı dostcasına olmayan hərəkətləri davam edir. Vətəndaşlarımıza hücumlar və açıq-aşkar təhqir halları da mövcuddur. Belə hallar adekvat cavab tələb edir", - S.Neverov qeyd edib.