Dövlət Gömrük Komitəsi büdcəyə ödənişləri 13% artırıb
Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 303,3 min manat və yaxud 13,05% çoxdur.
DGK-dən "ENA"ya verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 325,4 min manat və yaxud 13,2% artaraq 80 019,1 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaları 25 369,2 min manat və yaxud 12,5% artaraq 227 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 263,5 min manat və yaxud 18,8% artaraq 20 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud 11,6% artaraq 3 323,1 min manat təşkil edib.