"Express Bank"ın Müşahidə Şurasının sədri istefa verib - YENİ TƏYİNAT

"Express Bank" ASC-nin Müşahidə Şurasının sədri Emin Məmmədov istefa verib.
ENA.az bu barədə "Renkinq"ə istinadən xəbər verir.
Məlumata görə, onun istefası "Express Bank"ın səhmdarlarının iyunun 15-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Elə həmin yığıncaqda MŞ-nın yeni sədri seçilib. Bu vəzifə Bankın səhmlərinin 40%-nə nəzarət edən "Azenco Group" MMC-də MŞ-nın sədri Əhəd Əliyevə həvalə olunub.