Vakansiyalar

Azfen işçi axtarır - VAKANSİYA

Vəzifə :  Metal konstruksiya üzrə mühəndis                                                                                       

Namizədə tələblər

Metal  konstruksiya üzrə mühəndis vəzifəsinə müvafiq ali texniki  təhsili və uyğun vəzifələrdə azı 3 il iş stajı olan, Microsoft Office, AutoCAD, Tekla Structures,  STAAD Pro və SAP-2000 proqramlarında işləməyi bacarmaq və ingilis dilini azı orta səviyyədə bilmək.

Eləcə də bax: "Atkins" işçi xtarır - VAKANSİYA

İş barədə məlumat

- Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı  qurğuların hazırlanması, yığılması,quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq.
- Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını,kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək. Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək.
- Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni  Tural.Hasanov@azfen.com  göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department