Sənaye

"Kömür maqnatı"nın helikopteri qəzaya düşdü

Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnati, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir.

Qəza helikopter ABŞ-a uçarkən baş verib. Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.

K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)