Milyarder helikopter qəzasında həlak oldu
ABŞ milyarderi Kris Klayn Baham adalarında qəzaya uğramış helikopterdə olub. Bu barədə ABŞ-ın “Metro News” portalı məlumat yayıb.
Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. “Forbes”in məlumatına görə, onun sərvəti 1,8 milyard dolları ötmüşdü.
Daha əvvəl “Associated Press” agentliyi Baham adalarından ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçan helikopterin qəzaya uğraması və nəticədə 7 nəfərin həlak olması barədə xəbər yayıb. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır.