Bakı Fond Birjasının rəhbərliyində - YENİ TƏYİNATLAR
“Xalq Bank” və “Rabitəbank” təmsilçiləri dəyişdi
ASC “Xalq Bank”ı təmsil edən Seyfəddin İbayev, Bakı Fond Birjasında Müşahidə Şurasına üzv seçilib.
ENA.az xəbər verir ki, o bu vəzifədə “Xalq Bank”ın Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən İsmayılov-u əvəz edib.
Bildirək ki, Seyfəddin İbayev “Xalq Bank”da Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icraçısı kimi təyin olunub.
Digər üzv kimi isə “Rabitəbank” ASC-ni təmsil edən Samir Rzayev üzvlükdən çıxarılıb, yerinə MŞ üzvü kimi Binnət Novruzov təyin olunub.
Xatırladaq ki, BFB-nin Müşahidə Şurasına “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olan Yaşar Məmmədov sədirlik edir.