Cahan Holdinq işçi axtarır - ƏMƏK HAQQI 700-1000 MANAT
İşəgötürən: Cahan Holdinq
Vəzifə: Satış Təmsilçisi (Ekspeditor)
Gəncə, Bərdə, Kürdəmir, Şirvan, Masallı, Şəki bölgələri üçün “Satış Təmsilçisi” işə götürülür.
İş qrafiki: 6 günlük
Əmək haqqı: 700 -1000 AZN
İşin təsviri:
• Satış hədəflərinin vaxtlı vaxtında icra olunması - İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənməsi;
• Rut addımlarının düzgün icra olunması və təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi: - Rutu üzrə sahəyə çıxaraq müştəri vizitləri etməsi - Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
• Müştəri borc limitlərinin nəzarətdə saxlanılması - Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi - Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
• Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək
Şirkətin məhsullarının ərazilərdə satışının təşkili;
• Satış apararkən Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünü təşkil etməli və yeniləməlidir;
• Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir;
• Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi - Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması - Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi - Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq - Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
• Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
• Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;
Vəzifəyə olan tələblər:
• Ali və ya Orta təhsil (Ali təhsil üstünlükdür)
• Müvafiq sahədə (isti satış) minimum 3 illik təcrübə
• BC kateqoriyalı sürücülük vəsiqəsi
• Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür)
• Qida sektorunda satış bacarıqları.
Tələb olunan xüsusiyyətlər:
• Müştəriyönümlülük
• Müştərini qazanmaq qabiliyyəti
• Ünsiyyətcillik
• Dəqiqlik və məsuliyyət
• Problemləri həll etmə bacarığı
• Komanda şəklində işləmək qabiliyyəti
Vəzifə ilə maraqlandığınız təqdirdə CV-lərinizi email-in mövzü hissəsində “Satış Təmsilçisi” və müraciət etdiyiniz Bölgənin adını mötərizədə qeyd edərək 10.07.2019-cu il tarixinə kimi natavan.mammadova@cahan.az ünvanına göndərə bilərsiniz.