Norm Sement zavodu işçi axtarır - VAKANSİYA
Norm Sement zavodu
Hazırda şirkətimizə Aparıcı Hüquq məsləhətçisi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Sazişlər/müahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi güvvəyə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
- Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtibi edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
- Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi;
- Şirkəti məhkəmə orqanlarında təmsil edilməsi, orada Şirkətin hüquq və maraqlarını müdafiə edilməsi bununla bağlı bütün zəruri hərəkətləri Şirkətin adından həyata keçirilməsi;
- Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyyələrin verilməsi;
- Dövlət qurumları və təşkilatları ilə əlaqələrin yaradılması və dəstəklənməsi;
Tələblər:
• Hüquq üzrə ali magistr təhsili (Xaricdə təhsil üstünlük verilir)
• Əlaqədar sahədə 5 il iş təcrübəsi
• Sərbəst ingilis dili biliyi
• MS office (Word, Excel,Powerpoint,Outlook) proqramlarından istifadə bacarığı
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/07/2019