Hadisə

Yasamalın polis rəisi tibb mərkəzini məhkəməyə verdi

Yasamal Rayon Dövlət Yol Polisi İdarəsi "Astoriya Tibb Mərkəzi" barədə inzibati protokol tərtib edib.

ENA.az xəbər verir ki, buna "Astoriya Tibb Mərkəzi"nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq quruma verməməsi səbəb olub.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə "Astoriya Tibb Mərkəzi" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.

Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov bu qərardan apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İXM-in 347-ci madəsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)