May ayında Azərbaycana gələn əcnəbi turistlərin sayı açıqlanıb
2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, may ayı üzrə, demək olar ki, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub.
Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.
Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.
Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb.
Bu göstərici böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axınının nəticəsində baş verib.
Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58% və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4% artıb.