TURİZM

Rusiyalı tursitlərə istirahət üçün Gürcüstana alternativ ölkələrin adları açıqlanıb

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq.

ENA”nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - “OneTwoTrip”in mütəxəssisləri bildiriblər. 

Onlar Gürcüstanın əvəzinə istirahət etmək üçün 11 ölkədən ibarət siyahı tərtib ediblər. Qeyd edək ki, iyulun 8-dən Rusiya aviaşirkətləri Gürcüstana sərnişin daşıya bilməyəcək. Bununla da, həmin tarixə qədər qədər olan aviabiletlərin qiyməti 3 dəfə artıb.

Gürcüstanı əvəz edə biləcək ölkələr arasında Türkiyə ilə yanaşı, Azərbaycan, Moldova, Ermənistan və Özbəkistan da ola bilər. Bu ölkələrə birtərəfli uçuşun qiyməti 8 500 rubldan və yaxud 228 manatdan az olmayacaq. Siyahıya həmçinin Qazaxıstan, Tacikistan, Serbiya, Monteneqro, Kipr, Qırğızıstan da daxildirlər. Kipr istisna olmaqla, bu ölkələrin heç birinə viza lazım deyil.

Bundan başqa, araşdırma zamanı mütəxəssislər əlverişli iqlim şəraiti və gözəl yerli mətbəxi də nəzərə alıblar.

Xatırladaq ki, Gürcüstanda Rusiya əleyhinə etiraz aksiyaları iyunun 20-də Tbilisidə keçirilmiş Parlamentlərarası Pravoslav Assambleyasının toplantısından sonra başlayıb. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasının başlamasının əsas səbəblərindən biri olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)