TURİZM

Turizmçilər alternativ birlik yaratdılar: İdarə heyəti açıqlandı

Azərbaycan Turizm Agentlikləri Asossasiyasının təqdimatı keçirildi.

ENA.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, yeni asossasiya bu sahənin peşəkarlarını bir aya toplayan platforma olacaq.

"Lisenziyanın ləğvindən sonra şirkətlərin fəaliyyətindəki bəzi problemlər turizm sektorunda məmnunluğa pis təsir göstərdi. Biz sağlam rəqabət mühitini dəstəkləyirik. Əminik ki, bu birlik turizm bazarının tənzimlənməsində mühüm rol oynayacaq", deyə F.Nağıyev vurğuladı.

Turizm məhsullarının keyfiyyət dəyişiklikləri ilə bağlı Büro ciddi işləməyi qqrşısına məqsəd qoyub. İran və Rusiyadan turistlərin gəlməsində artım gözləyən Azərbaycanın müvafiq qurumları əmindirlər ki, böyük axın belə olsa ölkəmiz turistləri razı salacaq infrastruktura malikdir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev bildirdi ki, turizm özündə 50-dən artıq sektoru birləşdirir.

Yeni qurumun sədri bu qurumda şirkət rəhbərlərinin birləşdiyini qeyd etdi. Beləliklə ATAA- nın İdarə heyətinin sədri Rüfət Hacıyev, sədr müavinləri Vəfa Cavadova, Şahin Qurbanov təyin olunublar.

Assosiasiyanın tərkibində həmçinin ekspert qrupu fəaliyyət göstərir. Qeyd edək ki, təqdimatdan göründü ki, bu yeni qurum Azərbaycan Turizm Assosiasıyasına alternativ olaraq yaradılıb və Büro tərəfindən dəstəklənir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department