ABŞ İranın xarici işlər nazirinə qarşı sanksiya tətbiq edəcək
Bu həftə ABŞ hökuməti İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edəcək.
“ENA” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
“Trampın yeni fərmanı İrana məxsus on milyardlarla dollar həcmində aktivlərini dondurmağa imkan yaradacaq”, - Ağ Ev rəsmisi qeyd edib.